Bakıda dəşhət: 20 yaşlı satıcı 30 qəpiyə görə bıçaqlanaraq öldürüldü - VİDEO

Müştəri marketə daxil olur, əvvəlcə piştaxtanın qarşısında dayanan satıcı ilə görüşür. Sonra bir az kənarlaşdıqdan sonra yaxınlaşıb satıcı ilə mübahisə edir.
Avtosfer.az xəbər verir ki, görüntülər gecə Bakının Sabunçu rayonunda qeydə alınıb.
Rayon prokurorluğuna məlumat daxil olub ki, marketlərdən birində işləyən 20 yaşlı Xəyal Nağıyev bıçaqlanıb. Dərhal istintaq qrupu hadisə yerinə baxış keçirib.
Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla yeniyetmənin Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən o saxlanaraq istintaqa cəlb olunub.
Məlumata görə, tərəflər arasında mübahisəyə yeniyetmənin marketdən aldığı məhsulun ödənişini 30 qəpik az verməsi səbəb olub. Yəni dava bundan başlayıb. Hər halda ətrafdakılar belə deyirlər.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.
Ətraflı videomaterialda.
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO










