Bakıda dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, o cümlədən COP29 ərəfəsində qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a bildirilib ki, bu çərçivədə dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 1959 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Taleh Nizaməddin oğluna məxsus “Bakinski Dönər Evi” ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə edilən məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərinin olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi aşkarlanıb. Məlum olub ki, divar səthləri gigiyenik materialla üzlənməyib, sanitar qovşağın qapısı yuma sahəsinə açılıb, havalandırma sistemi quraşdırılmayıb, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolab təşkil edilməyib. Həmçinin ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçinin tibbi müayinədən keçmədiyi, sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO












