Banner

Bakıda düzgün qablaşdırılmayan yük yola dağıldı - Polis xəbərdarlıq etdi - VİDEO

Hadisə 23 Dekabr 2025 10:00 Oxunub 558
Bakıda düzgün qablaşdırılmayan yük yola dağıldı - Polis xəbərdarlıq etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Yük avtomobillərinin sürücüləri daşıdıqları əşyaların düşməməsi, hərəkətə mane olmaması üçün yola düşməzdən əvvəl və hərəkət vaxtı onun yerləşdirilməsinə, bağlanmasına, vəziyyətinə nəzarət etməlidir".

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yük avtomobillərinin sürücülərinə müraciətində bildirilib.

"Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.

"Yol hərəkəti haqqında" Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir. Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir".

NİİM-in yaydığı görüntülərdə paytaxtın Səbail rayonu, Niyazi küçəsində baş verən hadisə əks olunub. Belə ki, hadisə zamanı hərəkətdə olan TIR-dan anidən yük yola yuvarlanıb. Xoşbəxtlikdən faciə yaşanmayıb.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh