Bakıda ər keçmiş arvadına DƏHŞƏT YAŞATDI - ŞOK VİDEO

Hadisə 22 May 2023 19:43 Oxunub 1118
Bakıda ər keçmiş arvadına DƏHŞƏT YAŞATDI - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda keçmiş ər boşandığı arvadına yaşatdığı qorxulu anlarla bağlı bəzi təffərrüatları bəlli olub. 

Bu barədə ərindən ayrılmış Gülnar Kazımova özü danışıb. 

Onun sözlərinə görə, 2021-ci ilin oktyabr ayından atasının evindədir:

“2022-ci ilin yayında bu başladı yalvarmağa. Barışmaq istədi. Əslində bir müddət mən də barışmağı düşünürdüm. Sonra zamanla dəyişmədiyini, yenə eyni insan olduğunu gördüm. 2023-cü ilin fevralın 27-də rəsmən boşandıq. 4 yaşında 1 oğul övladımız var”. 

Xanım keçmiş həyat yoldaşının narkoman olduğunu iddia edir:

“Evli olanda söyüşkən idi. Söyürdü, içki içirdi, narkotik çəkirdi. Sonra gəlib məni döyürdü. Axırda dözə bilmədim atamın evinə gəldim. Onunla Bakıda qalırdım. İndi Tovuzun Əyyublu kəndində atamgildəyəm. Hər gün belə gəlir dayanır qapımızda söyüş söyür, anamı döyür, mənə təhqirlər edir. Artıq bezmişəm”. 

Gülnar Kazımova polisə müraciət etdiyini deyib:

“Polisə müraciət etmişəm, istintaq prosesi gedir. Amma artıq dözə bilmirəm”.

***

Bakıda keçmiş ər boşandığı arvadına qorxulu anlar yaşadıb. 

Bu barədə lent.az-a ərindən ayrılmış Gülnar Kazımova özü məlumat verib. 

Belə ki, xanım keçmiş əri Samir Kazımovun boşanmaqlarına baxmayaraq, onlardan əl çəkmədiyini, hər gün qapısına gəlib təhqiredici sözlər işlətdiyini bildirib. 

Qadının sözlərinə görə, kişi qapını qırmağa çalışıb.

Keçmiş əri hətta evin təhlükəsizlik kameraları qarşısına keçərək qollarını doğrayıb.

Xanımın sözlərinə görə, artıq o, özünü öldürmək həddinə çatıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı məlumatları var: 
"Məsələ ilə bağlı məlumatımız var. Hazırda araşdırma aparılır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh