Bakıda ərini sui-qəsdlə öldürən qadın və icraçılar HƏBS EDİLDİ

Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova və qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev, Elnur Əliyev məhkəmə qarşısına çıxarılıb.
Sabunçu rayon Məhkəməsinə keçirilən iclasda müstəntiq təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilməsinin zəruri olduğunu bildirib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə martın 16-da Sabunçu rayonunda baş verib.
Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. (apa)
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı








