
Səbaildə ev yandı: xəsarət alan var
Hadisə
13 Aprel 2025 15:11
Oxunub 262

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR