Bakıda evində dini yığıncaqlar təşkil edən şəxs SAXLANILDI

Bakıda evdə dini yığıncaqlar təşkil edən şəxs saxlanılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1980-ci ildə Qəbələ rayonunun Tüntül kəndində doğulmuş B.G barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Protokol Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi tərəfindən tərtib edilib.
Məlum olub ki, B.G aylıq 500 manat əməkhaqqı müqabilində 1988-ci ildə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində doğulmuş R.V adlı şəxsi evinə nəzarətçi götürüb. O, evə giriş-çıxışa nəzarət edirmiş.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi onun barəsində də eyni protokol tərtib edib.
Evə baxış zamanı yaşayış yerində 280 ədəd dini ədəbiyyat aşkar edilib, həmin ədəbiyyatların bir qismi açıq vəziyyətdə istifadə olunub, toplantıda iştirak edən şəxslər isə dini məzmunlu dərs prosesinə qatılıblar. İştirakçıların sayının 10 nəfər olması, dərslərin davamlı keçirilməsi və çoxsaylı dini ədəbiyyatın istifadəsi bu toplantının adi ailəvi və ya fərdi dini öyrənmə xarakteri daşımadığını göstərir.
Məhkəmədə bu, ictimai xarakterli, təşkil olunmuş dini yığıncaq və tədris prosesi kimi dəyərləndirilib.
Məhkəmənin hökmü ilə B.G və R.V İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə ayrı-ayrılıqda 1 500 manat cərimə ediliblər.
Qeyd edək ki, tədbir iştirakçıları arasında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105/61 ünvanında qeydiyyatda olan Türkiyə vətəndaşı Talha Camurcan da olub.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












