
Bakıda FACİƏ: kişi vəsiyyət edib özünü GÜLLƏLƏDİ
Hadisə
13 May 2023 18:40
Oxunub 508

Bakıda intihar hadisəsi olub.
Hadisə Yasamal rayonu A. Abbasov küçəsində baş verib. 64 yaşlı İbrahimov Telman İbrahim oğlu tək yaşadığı evdə ov silahından başına bir dəfə atəş açaraq, özünü öldürüb.
Məlumata əsasən, o, hadisəni törətməzdən əvvəl məktub yazıb. Həmin məktubda bir sıra xəstəliklərdən əziyyət çəkdiyini bildirərək, ailə üzvlərinin yanında dəfn olunmasını vəsiyyət edib.
Faktla bağlı araşdırma aparılır. (lent.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR