Bakıda film kimi hadisə: Taksi kimi sürdüyü maşını QAÇIRDI

Bakıda taksi xidmətində istifadə üçün sürücüyə etibar edilən 2018-ci ildə istehsal olunmuş Hibrid Toyota Prius markalı 77-US-819 dövlət nömrə nişanlı avtomobil qaçırılıb.
Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl baş verib və sürücü hələ də tapılmayıb. Faktla bağlı 102 xidmətinə məlumat verilib. Qaçırılan avtomobilin sahibi, sürücünün Laçın rayon sakini olduğunu bildirib.
İddialara əsasən, həmin şəxs taksi xidmətində işləmək üçün AYNA tərəfindən sertifikat alıb. Ehtimal olunur ki, avtomobilin saz vəziyyətdə olması onun belə bir addım atmasına səbəb olub. Təxmin edilir ki, o, avtomobili detallarını sökərək satmaq məqsədi ilə qaçırıb.
Avtomobilin sonuncu dəfə Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olduğu bildirilir. Hazırda hadisə ilə bağlı başqa məlumat yoxdur.
Qeyd edək ki, avtomobilin etibarnamə statusu artıq ləğv edilib. Sürücünün adı və digər məlumatlar barədə yaxın vaxtlarda əlavə məlumat veriləcəyi gözlənilir.
Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












