Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini bıçaqladı

Bakıda gecə klubunda dava düşüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klubunda baş verib . 2009-cu il təvəllüdlü Mələk Həsənova (adı və soyadı şərtidir) Elnur adlı oğlanla sevgili olub. Elnur bir müddətdən sonra Mələkdən ayrılıb və Mələk Həsən adlı başqa oğlanla sevgili olmağa başlayıb. Bir müddət öncə Mələk rəfiqəsi ilə gecə klubunda olarkən, Elnur da ora gəlib və Mələyə yaxınlaşıb nəsə deyib. Mələk gecə klubunda yüksək musiqi səsindən onun danışığını eşitməyib və Elnuru küçəyə çağırıb. Onlar küçəyə çıxarkən Mələyin sevgilisi Həsən onlarla rastlaşıb və məsələni aydınlaşdırmaq istəyib. Nəticədə Elnurla Həsən arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Elnur Həsəni yerə yıxaraq ona yumruq və təpik zərbələri endirib. Bunu görən Mələk üzərində gəzdirdiyi bıçaqla Elnuru vurub. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, Mələk Həsənova saxlanılıb. Səbail Rayon Məhkəməsinin hökmü ilə Mələk Həsənova 3 il azadlıqdan məhrum edilib. Məhkəmə yeniyetmə olmasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












