Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO

Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində piyadanın təhlükəli davranışı avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 26-da saat 00:46 radələrində qeydə alınıb. Kadrlardan aydın görünür ki, yaşlı qadın yolun ortasında dayanaraq həm özünü, həm də ərazidən keçən nəqliyyat vasitələrini risklə üz-üzə qoyub.
Belə ki, yaxınlaşan avtomobili görən piyada əvvəlcə əli ilə sürücüyə işarə edib, daha sonra isə birbaşa maşının üzərinə doğru hərəkət edib. Sürücü piyadanı vaxtında fərq etdiyini və yüksək sürətlə hərəkət etmədiyi üçün baş verəcək qəzanın qarşısı alınıb. Qadının avtomobilə doğru yönəldiyini görən sürücü təhlükədən yayınmaq məqsədilə əks istiqamətli zolağa çıxaraq yoluna davam edib.
Qeyd edək ki, video sürücü tərəfindən sosial şəbəkə hesabında paylaşılıb. O, şərh bölməsində piyadanın qəfil şəkildə avtomobilə tərəf yönəldiyini və qorxaraq anında ərazidən kənarlaşdığını bildirib.
Nərmin
Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












