Bakıda gənc oğlanın qətli ilə bağlı polis əməkdaşı ifadə verdi

Bakıda gənc oğlanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəməsi davam etdirilib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən zərərçəkmiş şəxsin - mərhumun hüquqi varisi Yusif Əliyev hadisəni səhər saatlarında eşitdiyini deyib:
"Etibar Əliyev mənim oğlumdu. Səhər 5-də eşitdim ki, məlum hadisə baş verib. Hadisəni mənə qonşum xəbər verdi. Birbaşa xəstəxanaya getdim. Oğlumla təqsirləndirilən şəxslə hər-hansı bir ədavətin olması ilə bağlı heç bir məlumatım yox idi".
Digər şahid Nicat Bəhrəmov isə bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanıyıb:
"Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi olaraq çalışıram. Nərimanov rayonunda bizim ailəyə məxsus avtoyuma mərkəzi var idi. Etibar onu məndən icarəyə götürüb işlədirdi. Etibarı yaxından tanıyıram. Polis orqanlarında çalışdığı üçün tanıyırdım. Sonra gördüm ki, icarə haqqını ödəyə bilmir, bağladım. Mənə bir nəfər dedi ki, Elşən adlı şəxs avtoyumanı götürmək istəyir. Ancaq sonradan ondan xəbər çıxmadı. Mən o ərazidən çıxdıqdan sonra eşitdim ki, Elşən orda kafe götürüb işlədir. Həmkarlarımdan eşitdim ki Elşən Etibarı bıçaqla vuraraq qətlə yetirib".
Şahid Vüsalə Həsənova qeyd edib ki, tərəflər arasında mübahisə borc üstündə düşüb:
"Mən Elşənin kafesinin böyründəki kafedə ofisiant olaraq çalışırdım. Axşamlar isə çox vaxt Elşənin kafesinə gedib dostlarla yeyib içirdik. Həmin gün ora gedəndə məni Elşən mənim masama yaxınlaşdı və sifarişimi verdim. Yemək yeyib araq içdik. Sonradan Etibarla Elşən arasında dava düşdü. Onların hər ikisi içkili idi. Mən sonra səhər açılırdı deyə taksi sifarişi verib gedəndə gördüm ki, onlar mübahisə edə-edə kafenin yaxınlığında olan avtoyuma məntəqəsinə tərəf getdilər. Mən orda olanda söyüşlü mübahisə edirdilər. Sonra Elşən mənə yığdı ki, Etibarı bıçaqla vurmuşam. Ora gələndə gördüm ki, Etibar kürəyi üstə uzanıb. Etibarda bıçaq yarası görsəm də qan görmədim. Bıçaqda qan izi yox idi və onu sumkama qoydum".
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla məlum olub ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO











