Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu qırdı

Bakıda zibil atmaq üstündə qonşu qadınlar arasında dava olub. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. 26 yaşlı F. Nağıyeva ilə qonşusu arasında həyətə zibil atmaq üstündə mübahisə yaranıb. Mübahisə zamanı F. Nağıyeva qonşusunun başına yumruqla zərbə vurub. Sonra yaxasından tutaraq, onu yerə yıxıb. Nəticədə zərərçəkənin qolu sınıb, həmçinin gicgah nahiyəsi zədələnib. Hadisəyə görə, F. Nağıyeva barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Lakin məhkəmə istintaqı zamanı tərəflər barışıblar. Hər iki tərəf məhkəmədən işə xitam verilməsini xahiş edib. Nəsimi rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












