Bakıda gömrükçü öz mağazasında öldürüldü - FOTO - YENİLƏNİB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, A.Mustafayev 17 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb.
Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb.
Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır.
Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.
1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

***10:44
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Suraxanı rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***09:48
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi 16 yaşlı oğlan qətlə yetiribmiş.
Avtosfer.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.
***09:23
Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib.
Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Bakupost” yayıb.
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










