Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı...

Bakıda görünməmiş dələduzluq cinayəti baş verib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Kənan Ziya oğlu adlı şəxs "Okean Pub”da əvvəldən tanıdığı Şövqi Hüseyn oğluna məxsus "İpjone 13” markalı telefonu ələ keçirib.
Kənan bununla kifayətlənməyərək həmin telefonla "WhatsApp” tətbiqi vasitəsi ilə Şövqinin anasına mesaj yazaraq guya avtoqəza törətdiyini və ona 1000 manat pul göndərməsini istəyib. Şövqinin anası da mesajın oğlu tərəfindən yazıldığını güman edərək deyilən məbləği Kənanın göndərdiyi bank kartına köçürüb.
Bir qədər keçəndən Şövqi anası ilə danışaraq Kənanın ona məxsus telefonu ələ keçirdiyini bildirib. Qadın söhbət zamanı Kənanın onun adından pul aldığını da öyrənib.
Kənanın bu hadisədən sonra da cinayət törətdiyi və həbs edildiyi bildirilir. Həmin vaxt yazıda bəhs etdiyimiz cinayətin üstü açılıb. Kənana qarşı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Xətai Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. Kənan məhkəmədə verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO










