Bakıda güclü partlayış baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Bakıda güclü partlayış baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Əlavə məlumat veriləcək.
Avtomobildə sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB










