Bakıda güclü yanğında iki nəfər həlak olub: Rəsmilər hadisə yerində - YENİLƏNİR - FOTO - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayış və yanğınla bağlı hadisə yerinə müxtəlif aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də yanğın baş verən əraziyə gəlib.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Qeyd olunur ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
13:11
Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.
APA xəbər verir ki, xeyli sayda xəsarət alan var.
Daha çox foto burada: PhotoStock.az
13:04
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-dən verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
Baku TV ərazidə baş verənləri canlı yayımla çatdırır:
***
Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilibLƏR.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri aparılır.
***
Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Məşhur avtomobil markasının zavodu KÜLƏ DÖNDÜ
"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO
Gəncədə gənc qız falçıya 25 min verdi, aldadıldı: İnsanlar belə fırıldaqçılara niyə inanır? - AÇIQLAMA
Sürücülərin əl çəkmədiyi vərdiş - Yollarda hər gün yaşanan “zolaq xaosu” - VİDEO
Paytaxtda bu marşrut xətti üzrə gediş haqqı artırılıb? – “BakuBus”dan AÇIQLAMA- FOTO
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO
Bakıda Pakistan vətəndaşının başına iş gəldi - FOTO - VİDEO
Vəfat edən həkim generalın qardaşı imiş - FOTO
Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi
DTX səfirliyə terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO
Millinin üzvü sərxoş vəziyyətdə avtomobil idarə etdi - Polis saxlayıb cərimələdi - FOTO














