Bakıda hamam dəsmalında yarıçılpaq gəzən şəxs görüntüləndi - VİDEO
Hadisə
23 Sentyabr 2024 16:00
Oxunub 9042
Paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsində yarıçılpaq vəziyyətdə gəzən piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə sentyabrın 22-də səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, gənc oğlan hamam xalatında bədəni açıq və ayaqyalın səkiylə hərəkət edir və öz-özünə danışır. Hadisə şahidi, piyadanın yol boyu bu halda davam etdiyini bildirib.
Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi gəncin narkotik vasitənin təsiri altında olduğu, qalanı isə psixoloji probleminin olduğunu iddia edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR