Bakıda həbs ediləcəyini bilən şəxs məhkəməyə narkotiklə gəldi - FOTO

Həbs ediləcəyini bilən şəxs məhkəməyə alt paltarında narkotik vasitə gətirib. Bu maraqlı hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, 53 yaşlı Qalib Abbasov külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən ərəfədə Qalib Abbasov həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmə proseslərinə evdən gəlib-gedən Qalib Abbasov həbs ediləcəyini bildiyi üçün sonuncu prosesə "hazırlıqlı" gəlib. Narkotik istifadəçisi olan Qalib Abbasov həbs ediləcəyi halda cəzaçəkmə müəssisəsinə aparmaq məqsədilə əldə etdiyi narkotiki alt paltarına tikdiyi gizli cibin içərisinə yerləşdirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və barəsində həbs qətimkan tədbiri seçilən Qalib Abbasov Penitensiar Xidmətin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına aparılıb. Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Qalib Abbasovun üzərinə baxış keçirilən zaman əynindəki alt paltarının iç tərəfini tikilmiş kustar cibdə narkotik aşkarlanıb. Baxış zamanı onun üzərindən 5,6 qram narkotik vasitə heroin, 1,5 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamin və 5 ədəd metadon həbləri aşkar edilib. Qalib Abbasov ifadəsində ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini bildirib. O həmçinin qeyd edib ki, həbsxanaya keçirmək istədiyi narkotik vasitə onu sadəcə bir həftəlik vaxt üçün görəcəkmiş. Bu əməlinə görə isə Qalib Abbasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəl aldığı 6 il 6 ay həbs cəzası ilə yeni cəzası birləşdirilib. Onun üzərində qəti olaraq 7 il həbs cəzası saxlanılıb.

Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










