Bakıda həbsxanada qalmaqal: Məhkum mayoru döydü

Bakıda cəzaçəkmə müəssisəsində məhkum vəzifəli şəxsi döyüb. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Nizami rayonu Böyükşor qəsəbəsində yerləşən 15 saylı Cəzaçəkmə müəssisəsində baş verib. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə məhkum olunan şəxsin anası oğlu ilə görüşə gəlib. Bu zaman həbsxananın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru və ədliyyə çavuşu onları müşayiət etməli olduqlarını bildiriblər. Lakin məhkum buna etiraz edib və anası ilə tək görüşmək istədiyini deyib. Bu alınmadıqda, məhkum əsəbiləşib və qisas almaq niyyətilə cəzaçəkmə müəssisəsinin inzibati binasının önündə mayorun sifətinə yumruqla zərbə vuraraq, ona sağlamlığa zərər vurmayan, dərəcəsi müəyyən edilməyən xəsarət yetirib. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına və ya məhkuma, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsilə yeni ittiham irəli sürülüb. Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əvvəlki cəzasının çəkmilməmiş hissəsi ilə birgə ümumilikdə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO












