Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş kitablar gətirən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, Suraxanı rayon sakini 1982-ci il təvəllüdlü Zahir Xafisova Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları baxılması üçün rayon məhkəməsinə göndərilib.
Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il noyabrın 3-ü Azərbaycanı Türkiyə istiqamətində tərk edərək İstanbul şəhərinə gedib. Oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və bunu əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni “Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman”, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması. EdDürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitabları müxtəlif yollarla əldə etməklə noyabrın 7-si İstanbul-Bakı reysi ilə ölkəmizə gətirib.
O, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində həmin kitabları dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb. Qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.
Həmfikirləri arasında “Abdulzahir” ləqəbi ilə tanınan şəxs ifadəsində bildirib ki, Türkiyəyə toyda iştirak etmək məqsədilə gedibmiş və kitabları da həmin vaxt alıb.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, qeyd edilən maddə ilə təqsirli bilinib və 9 min manat cərimə olunub.
Qeyd edək ki, hənbəlilik İslam dininin Əhli-Sünnə istiqamətində 4 əsas məzhəbdən biridir.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












