Bakıda həyat yoldaşını güllələyən klinika rəhbəri HƏBS EDİLDİ

Yasamal Rayon Məhkəməsində həyat yoldaşını güllələməkdə təqsirləndirilən "Referans" klinikasının filial rəhbəri Vasif Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqdimat təmin olunub və V.Kərimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, hadisə iyulun 16-da günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. "Yüksəliş" Yaşayış Kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib. Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub. Polisin keçirdiyi əməliyyat tədbirləri ilə V.Kərimov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO








