Bakıda "hotel işçisi" taksi sürücülərini belə aldatdı - VİDEO

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, əməliyyatlar zamanı özünü hotel əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və onların hesabından öz kartına pullar köçürən Əli Dadaşov tutulub. Bu şəxsin dələduzluq yolu ilə 10-dan artıq taksi sürücüsünü aldatdığı məlum olub.
Paytaxtda polisin keçirdiyi növbəti əməliyyatlar zamanı isə vətəndaşların kartlarındakı pul vəsaitlərini müxtəlif üsullarla ələ keçirən Rüfət Yusifov, Amin və Ramil Əliyev qardaşları tutulublar.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO











