Bakıda hüquqşünasdan GÖRÜNMƏMİŞ FIRILDAQ: bıçaqla qorxudub...
Hadisə 28 Aprel 2022 20:14 Oxunub 1630
Bakıda hüquqşünasdan GÖRÜNMƏMİŞ FIRILDAQ:  bıçaqla qorxudub...

Quldurluqda təqsirləndirilən Nicat Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Avtosfer.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib. Əldə etdiyimiz məlumata görə, Nicat Kərimov “Minera” MMC-də hüquqşünas işləyib. Məlumata görə, həmin şirkət paytaxtın Nərimanov rayonunda tikinti işi ilə məsğuldur. İttihama görə, zərərçəkmiş İham Abdullayevin evi də orada plana düşüb. İ. Abdullayev N. Kərimovun işlədiyi şirkətin tikdiyi binadan əlavə mənzil də almaq istəyib. Nicat ona kömək edəcəyini deyərək, yalandan vəd verib. Bu məqsədlə zərərçəkmişdən 63800 manat pul alıb. O, pulun qalan 8000 manatını tələb edəndə, zərərçəkmişin üzərinə bıçaq çəkib. Bundan əlavə, N. Kərimova saxta sənəd düzeltməkdə də ittiham olunur. Məlumata görə, o, saxta sənədlə “Baku Electronics”den 11500 manatlıq “Iphone”, “Samsung” markalı telefonları almaq istəyib. Lakin bu vaxt sənədlərin saxta olduğu mağaza əməkdaşları tərəfindən müəyyən edilib. N. Kərimov Cinayət Məcəlləsinin 181.2.4-cü (quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə təqsirli bilinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh