Bakıda "İdrak" liseyində güllələnən müəllimin SON DURUMU

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən verilən açıqlamada bildirilir ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində "İdrak" liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.
Ş.Kamilova Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib./oxu.az
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO










