Bakıda içməli su 2 aydır yola axırmış? - Rəsmi qurum hərəkətə keçdi - VİDEO

Sabunçu rayonu, Qəzənfər Musabəyov küçəsində içməli su iki aya yaxındır ki küçəyə axır.
Avtosfer.az xəbər verir ki, bu barədə iddia Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidə yerləşən 68 saylı məktəb bir neçə il əvvəl baş verən yanğın nəticəsində yararsız hala düşərək sökülüb.
Yanğından sonra məktəbin yerindəki su borusu zədələnib və bu səbəbdən icməli su ətrafa axmağa başlayıb.
Sakinlərin sözlərinə görə, səhər saatlarında suyun təzyiqi yüksək olduğu üçün su güclü axır və yola ciddi ziyan vurur. Bu da həm maddi itkilərə, həm də ekoloji problemlərə səbəbiyyət verir.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan ünvanda qəza briqadası tərəfindən hazırda axıntının qarşısı alınıb. Ərazidəki boru istimara yararsız halda olduğundan yaxın günlərdə borunun dəyişdirilməsi həyata keçiriləcək.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












