Bakıda iki nəfərdən 10 kq narkotik götürülüb - FOTO - VİDEO

Hadisə 4 İyun 2025 18:36 Oxunub 140
Bakıda iki nəfərdən 10 kq narkotik götürülüb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.

Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Kazımov (32 yaş) və Sadıq Musayev (31 yaş) saxlanılıb. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkərandan paytaxta gətiriblər.

Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

Bakıda iki nəfərdən 10 kq narkotik götürülüb

Bakıda iki nəfərdən 10 kq narkotik götürülüb

ŞƏRH YAZ
Ad

E-mail

Şərh