Bakıda insident törədən idmançılar SAXLANILDI - Cinayət işi açılıb - FOTO - YENİLƏNİB

Yanvarın 4-də gecə saatlarında paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində törətdiyi insidentlə bağlı təfərrüat məlum.
Avtosfer.az prosport.az-a istinadən xəbər verir ki, insident nəticəsində zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar İdman ustası Fuad Zeynalov olub. Hadisə Xətai Rayon Prokurorluğunun yanında yerləşən "Yavan" restoranının yaxınlığında baş verib. O, restorandan çıxarkən sözügedən şəxslər ona hücum edib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər, Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elnur Həmidov və Elçin Hüseynov kikboksinq məşqçisi işləyirlər. Elvin Məmmədov isə boks müəllimidir.
***
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










