Bakıda intihara cəhd edən şəxs fikrindən daşındı - VİDEO (YENİLƏNİB)

Hadisə 11 Sentyabr 2024 23:10 Oxunub 338
Bakıda intihara cəhd edən şəxs fikrindən daşındı  - VİDEO (YENİLƏNİB)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda intihara cəhd edən şəxs fikirindən daşınıb. 

Avtosfer.az-ın məlumatına görə, vətəndaş paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki tunelin üstünə çıxaraq intihara cəhd edib.

Əraziyə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1981-ci il təvəllüdlü Əliyev Ramin Mirağa oğlu körpünün məhəccərinin üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.

Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində R.Əliyev intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

**

Bakıda intihara cəhd edən şəxs görüntülənib.

Avtosfer.az xəbər verir ki, hadisə yerində olan əməkdaşımız bununla bağlı kadrlar əldə edib.

Belə ki, Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki tunelin üstündə bir şəxs intihara cəhd edir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh