Bakıda itlə rəhmsiz rəftar edən şəxs CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB

Hadisə 30 Avqust 2024 11:43 Oxunub 440
Bakıda itlə rəhmsiz rəftar edən şəxs CƏZALANDIRILDI  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində itlə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.

Avtosfer.az xəbər verir ki, həmin şəxs paytaxt sakini olan 1971-ci il təvəllüdlü Y.İbrahimovdur.

Sözügedən şəxsin barəsində qanunauyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.

***

Bakıda it amansızlıqla öldürülüb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə oxu.az-a heyvan haqları fəalı Yelena Simakina məlumat verib.

O, hadisəni belə izah edib:

"Hövsanda parkda gecələyən Rahib adlı kimsəsiz oğlan küçə itlərini toplayır və onlara qayğı göstərir. Xəstə heyvanlarla qarşılaşdıqda onları mənim itlər üçün olan sığınacağıma gətirir.

Keçən həftə Yusif adlı taksi sürücüsü Rahibə içində yarımcan it olan bir torba verib. Oğlan da çox düşünmədən torbanı bizə gətirib.

İti iç-içə keçirilmiş iki torbaya qoyub ağzını bağlamışdılar. O, tamamilə islanmışdı, can verirdi, çənəsi sınmışdı. Xilas etməyə çalışdıq, amma artıq gec idi. Gözümüzün qarşısında öldü".

Sığınacaq sahibi itlə bu qədər amansızlıqla davranan şəxsi tapmağa qərar verib:

"Rahib məni taksi sürücüsünün ona torbanı verdiyi yerə apardı. Şahidlər dedilər ki, həmin taksi sürücüsü bu əraziyə tez-tez gəlmir. Həmin gün kimsə ona Türkan qəsəbəsində torbada it verib və Hövsanda buraxmağı xahiş edib. Yusif iti baqaja ataraq Hövsana yollanıb, heyvanı baqajda unudaraq çayxanada dincəlməyə qərar verib. Havasızlıq və isti əvvəlcədən döyülmüş itin ölümünə səbəb olub".

Yelena Simakina hadisə ilə bağlı polisə müraciət etdiyini deyib.

Məlumat üçün qeyd edək ki, hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh