Bakıda "KamAZ" sürücüsü avtobusun yolunu kəsib dava etdi - VİDEO

Hadisə 22 Dekabr 2021 16:38 Oxunub 3636
Bakıda "KamAZ" sürücüsü avtobusun yolunu kəsib dava etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda daha bir avtobus sürücüsü döyülüb. Hadisə 163 nömrəli avtobusda qeydə alınıb. Belə ki, avtobusun qarşısını kəsən naməlum şəxs daha sonra sürücünün yanına gələrək ona xəsarət yetirib.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a bildirilib ki, insident 20.12.2021-ci il tarixində 163 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda qeydə alınıb: "Daşıyıcı "6 Dost" MMC-dən verilən məlumata görə, avtobus qaydalara uyğun hərəkətdə olan zaman KamAZ markalı avtomobil onun qarşısına çıxıb. Yük avtomobilinin sürücüsü avtobusun sürücüsünə ona yol vermədiyi üçün yumruq atıb. Nəticədə həm sərnişinlərin narahatlığına, həm də sərnişindaşıma prosesinin pozulmasına səbəb olub.

Bir daha bildirmək istərdik ki, bu kimi hallar yolverilməzdir. Avtobus ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Eyni vaxtda onlarla vətəndaş səyahət edir. Kimlərinsə şəxsi eqolarını büruzə verməsi ilk növbədə sərnişinlər, onların təhlükəsizliyi üçün risk yaradır".

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh