Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxs cəzadan azad edilib - VİDEO

2022-ci il avqustun 30-da Yasamal rayonu ərazisində Araz İsazadənin qısqanclıq zəminində Nuridə Əhədovaya bıçaqla xəsarətlər yetirməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 144.1-ci (adam oğurluğuna cəhd) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı Araz İsazadə ifadəsində bildirib ki, 2012-ci ildə dayısının qızı ilə ailə qurub və bu nikahdan iki övladı dünyaya gəlib. Cütlük 2021-ci ilin iyul ayında boşanıb. Həmin ilin avqustun 31-də Araz dayısının nəvəsi Nuridə Əhədovanı Suvar rayonundan qaçıraraq Bakıya gətirib və aralarında rəsmi nikah olmadan dini kəbin kəsilib. Avtosfer.az xəbər verir ki, 2022-ci il mayın 21-də səhər evdən çıxarkən Nuridə normal şəkildə onunla sağollaşıb, lakin gün ərzində qadın evə qayıtmayıb. Araz evdə Nuridənin yazdığı bir qeyd tapıb. Qeydində qadın onun tərəfindən döyülməsi, söyülməsi və toy edilməməsi səbəbindən ayrıldığını yazıb.
Avqustun 26-da Araz avtomobili ilə hərəkətdə olarkən Nuridəni tibb mərkəzindən çıxarkən görüb və onu izləyərək harada yaşadığını müəyyən edib. Avqustun 30-da səhər saat 9 radələrində qadının iş yerinin qarşısına gələrək onu görüb. Nuridənin yanında bir nəfər kişi olub. Araz maşından düşərək qadını zorla avtomobilə mindirib. Hərəkət zamanı Nuridə qapını açaraq yola atılıb. Araz maşını saxlayaraq bıçaqla onun üstünə çıxıb və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb, lakin bir qədər sonra geri qayıdıb. Bu zaman yol-patrul xidmətinin əməkdaşları onu saxlayaraq 27-ci Polis Bölməsinə təhvil veriblər. Zərərçəkmiş Nuridə Əhədova ifadəsində bildirib ki, Araz İsazadə özünü yalandan psixi xəstə kimi təqdim edir, əslində isə etdiyi hərəkətləri dərk edib. Məhkəmə-psixiatriya ekspertizasının rəyinə görə, Araz İsazadə cinayət əməlini törədən zaman travma mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkib və anlaqsız vəziyyətdə olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Araz İsazadə cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cəzadan azad edilib. Onun barəsində Binəqədi Rayon Psixiatriya Xəstəxanasında tibbi xarakterli məcburi müalicə tədbiri təyin olunub.
Ətraflı Baku TV-nin süjetində:
Yaponiya müharibəyə hazırlaşır; ordu xərcləri artırıldı - POLİTOLOQ
Zavodda quraşdırılan qaz balonu da partlaya bilər - FOTO - VİDEO
Xətaidə təhlükə: Külək işıq dirəyini yerindən oynatdı - VİDEO
Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO
Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər - VİDEO
Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO










