Bakıda kişi arvadından üzr istəmədiyi üçün 1 500 manat cərimələndi

Bakıda kişi arvadına vurduğu bir şilləyə görə cərimələnib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Sabunçu rayon sakini Elşad Məmmədov (soyad şərtidir) həyat yoldaşı ilə mütəmadi mübahisə edirmiş. İçki düşkünü olan Elşad hər dəfə evdə müəyyən mübahisələr yaradıb. Bir müddət əvvəl Elşad yenidən evdə mübahisə edib və arvadını ona cavab qaytardığı üçün döyüb. Həyat yoldaşı isə bu barədə polisə məlumat verib. Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə gedib. Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə kişi həyat yoldaşından üzr istədiyi üçün cinayət işinə xitam verilib. Amma mübahisə bununla yekunlaşmayıb. Bir neçə gün əvvəl Elşad yenidən sərxoş vəziyyətdə evə gələrək həyat yoldaşından yemək istəyib. Qadın ona yemək verməkdən imtina edib və yenidən cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elşad həyat yoldaşına bir şillə vurub evdən çıxıb. Qadın bir gün gözləsə də, kişi ondan etdiyi hərəkətə görə üzr istəməyib. Yekunda o bu barədə polisə məlumat verib və fakta görə yenidən cinayət işi başlanaraq iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədova 1500 manat cərimə cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












