Bakıda kişi bank kartına görə arvadını döydü

Bakıda arvadını döyən kişi həbs olunub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.
31 yaşlı Məhəmməd həyat yoldaşı Pərvinin gizli bank kartından istifadə etdiyini və həmin karta pul göndərildiyini öyrənib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd yataq otağında Pərvini döyərək ona müxtəlif xəsarətlər yetirib. Onun mətbəxə keçməsindən istifadə edən Pərvin isə yaxınlıqdakı marketə qaçaraq, telefonla Daxili İşlər Nazirliyinin (DİN) "102" qaynar xəttinə zəng edib. Nəticədə Məhəmməd polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılıb.
Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə Məhəmməd cəzasını ümumi rejimli həbsxanada çəkməklə, 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












