Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - MƏHKƏMƏ

Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi başlayıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə baxış iclası keçirilib. Prosesdə prokuror ittiham aktını elan edib.
Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub, azadlığa çıxdıqdan sonra qəlibçi işləyib. Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərindən götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə, buna Bahadur Tağıyevin onu əsassız yerə söyməsi səbəb olub. Prokuror təqsirləndirilən şəxsə istintaqda fərqli ifadə verdiyini bildirib. İttihama görə, Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.
Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb, sadəcə Bahadurun əlindən çıxmaqdan ötrü onu stəkanla vurub:
"Yumruqla onu vurmamışam. Bizi iş yoldaşım Tofiq Əsədov ayırdı, digər iş yoldaşlarımla birgə zərərçəkmişə tibbi yardım göstərdik. Hadisə təxminən saat 16-da baş versə də, Təcili Tibbi Yardıma 2 saatdan sonra məlumat verdik".
Zərərçəkmiş şəxsin hüquqi varisi olan həyat yoldaşı məhkəmə zalında ağlayıb. O, üzünü təqsirləndirilən şəxsə tutaraq bildirib ki, kaş ki onun yoldaşını öldürməzdi, övladlarını atasız qoymazdı. Qadın Möhsün Abdullayevdən hansı səbəbə görə, ərini qətlə yetirdiyini soruşub. Təqsirləndirilən şəxs bir daha bildirib ki, Bahadur Tağıyevi nalayiq ifadələrə görə, özündən asılı olmayaraq vurub. Stəkanı əlinin ovucunda saxlayıb. Onun aldığı xəsarətdən öləcəyini düşünməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.
Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay
Sarayda müəllim şagirdi vurub? – AÇIQLAMA - FOTO
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb - VİDEO
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü










