Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, xüsusi texniki vasitələrlə qorunan həmin evdən aprelin 6-sı saat 03:13-də Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Əraziyə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman şübhəli şəxs mənzilin 1-ci mərtəbəsinin pəncərəsindən həyətə tullanaraq qaçmağa cəhd göstərib.
Əlində kəsici-deşici alət olmasına baxmayaraq, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxsin əvvəllər də talama cinayətləri etdiyinə görə dəfələrlə məhkum olunan 43 yaşlı Zakir Ordiyev olduğu müəyyən edilib.
Mənzilə baxış keçirilən zaman evə heç bir maddi ziyanın dəymədiyi müəyyən edilib. Hadisə yerindən isə cinayət törədən zaman evin pəncərəsini açmaq üçün istifadə etdiyi Z.Ordıyeva məxsus 1 ədəd vintaçan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən Z.Ordiyevin müxtəlif vaxtlarda Badamdar qəsəbəsində daha 3 evdən ümumilikdə 23 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












