Bakıda körpə qızını öldürən şəxsə hökm oxunub

Bakıda körpə qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Valeriy Tolmaçevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Valeriy Tolmaçev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Binəqədi rayonu ərazisində baş verib. İttihama görə, Valeriy Tolmacev Sevda Qocayeva ilə qeyri-rəsmi nikahdan dünyaya gələn 2023-cü il təvəllüdlü qızı Mədinə Tolmaçevanı (Qocayeva) qəsdən öldürüb. Hadisənin baş verməsinə səbəb kimi 1 yaşlı uşağın ağlayaraq atasının yatmasına mane olması göstərilib. O, sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə — xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












