Bakıda külək ağacı avtobusun üzərinə aşırdı - VİDEO

Bakıda ağac avtobusun üzərinə aşıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva hadisənin bu gün saat 12 radələrində baş verdiyini bildirib. “3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb. Nəqliyyat vasitəsini idarə edən sürücü Məzahir Rüstəmovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.
Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib”, - o qeyd edib.
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib










