Banner

Bakıda kütləvi DAVA: 3 nəfər bıçaqlandı - YENİLƏNİB

Hadisə 13 Noyabr 2026 16:53
Bakıda kütləvi DAVA: 3 nəfər bıçaqlandı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər./qafqazinfo

 

 

***11:53
Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh