Bakıda kütləvi dava: Gənclər bir-birini bıçaqladılar - YENİLƏNİB

Hadisə 5 İyul 2024 10:44 Oxunub 234
Bakıda kütləvi dava:  Gənclər bir-birini bıçaqladılar  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıdakı kütləvi davaya görə bir nəfər tutulub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Dəmirov Mürşüd Mehman oğlu polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb.

Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh