Bakıda kütləvi dava: İki nəfər qətlə yetirildi - VİDEO

Prokurorluq Bakıda kütləvi dava zamanı iki nəfərin qətli barədə məlumat yayıb.
Nərimanov rayon prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən olunub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü











