Bakıda liftdə qanına qəltan edilən ana və dörd yaşlı oğlu ilə bağlı - YENİ XƏBƏR

Bakıda liftdə qanına qəltan edilən ana və dörd yaşlı oğlu ilə bağlı - YENİ XƏBƏR
Dünən gecə liftdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadının və dörd yaşlı oğlunun vəziyyəti məlum olub.
“İki sahil” xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 22 fevral 2025-ci il tarixdə Təcili və təxirəsalınmaz tibbi yardım vasitəsilə iki nəfər (kişi və qadın cinsli) olmaqla Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.
O qeyd edib ki, onlardan birinə - 2021-ci il təvəllüdlü (kişi cinsli) şəxs bədəninin müxtəlif yerlərində səthi kəsilmiş yaralarla ilkin tibbi yardım göstərilib, sonra evə buraxılıb.
"Digər 1988-ci il təvəllüdlü (qadın cinsli) şəxs daxilinə nüfuz etmiş kəsilmiş-deşilmiş yaralarla reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə R.Məmməd əlavə edib.
***
Dünən gecə Bakı şəhərində kişi öz həyat yoldaşını və dörd yaşlı oğlunu bıçaqlayıb.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, kişi dörd yaşlı oğlu İlham Əfəndiyev və həyat yoldaşı Aysel Əfəndiyevaya liftdə çoxsaylı bıçaq zərbələri endirib.
Xəsarət alan ana və oğlu təcili xəstəxanaya yerləşdirilib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











