Bakıda marşrut avtobusunda dava, sürücü döyüldü

Bakıda avtobusda dava düşüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti, 32 ünvanında baş verib. İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Elşən Məmmədov (soyadı şərtidir) səhər saatlarında işə getmək üçün 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa əyləşib. Avtobus Babək prospekti, 32 ünvanındakı dayanacaqda dayanıb. Bu vaxt bir neçə sərnişin avtobusun arxa qapısından içəri girmək istəyib. Sürücü onlara qabaq qapıdan girməyi xahiş edib. Bu vaxt avtobusda olan E.Məmmədov sürücünü təhqir edərək, arxa qapını açmağı tələb edib. Sürücü isə ona məhəl qoymayıb və arxa qapını açmayıb. Bundan qəzəblənən E.Məmmədov qabaq qapıya yaxınlaşaraq sürücüdən avtobusdan düşməyi tələb edib. Sürücü isə düşməyib. E.Məmmədov sürücüyə bir neçə yumruq zərbəsi endirməklə ona xəsarətlər yetirib və qaçıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının tədbirləri ilə E.Məmmədov saxlanılıb. Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədov 1 500 manat cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












