Bakıda maşın yandı - VİDEO

Hadisə 26 May 2025 10:41 Oxunub 152
Bakıda maşın yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "HYUNDAİ” markalı mini`k avtomobilində baş vermiş yanğın genişlənməsinə, habelə yaxınlıqda park edilmiş digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və mühərriki yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh