Bakıda maskalı şəxs məktəblini oğurlamağa cəhd edib? - FOTO - YENİLƏNİB

Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs - 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.
O qeyd edib ki, araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb:
"Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür".
(oxu.az)
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı məsələ ilə bağlı bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib. Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
***
Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Hadisə ötən gün Ramana ərazisində baş verib.
Məsələ ilə bağlı bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.
Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.
Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.
Uşağın atası Seyidov Kamil Milli.Az-a bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














