Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Araşdırma aparılır - FOTO

233 nömrəli tam orta məktəbdə şagirdlər arasındakı münaqişə ilə əlaqədar araşdırma aparılacaq.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq bildirilib.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır", - deyə qeyd edilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.
***
Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib. Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib. Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib. Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












