Bakıda məktəbdə kütləvi dava: “Şagird bıçaq gəzdirir” - VİDEO

Hadisə 25 Yanvar 2024 14:56 Oxunub 302
Bakıda məktəbdə kütləvi dava: “Şagird bıçaq gəzdirir” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.

Bununla bağlı Metbuat.az-a valideyn şikayət edib. O bildirib ki, davanı “təşkil edən” 9-cu sinif şagirdi Məhərrəm adlı şəxs dəfələrlə onun 8-ci sinifdə oxuyan oğluna sataşıb:

“Dava 2 gün əvvəl olub. Bir neçə dəfə sataşıb oğluma. Sonuncu dəfə digər şagirdləri də yığaraq üstünə gəlib. Başından zərbələr endiriblər. Həmin uşaq bıçaq gəzdirir, məktəbin problemli şagirdlərindən biridir”.

Valideyn bildirib ki, həmin şagird bıçaq gəzdirdiyinə görə məktəb rəhbərliyi və müvafiq qurumlar tərəfindən hələ tədbir görülmədiyi üçün uşağı dərsə göndərməyə qorxur.

Qeyd edək ki, həmin şagird davaya getdikləri görüntüləri çəkərək “TikTok” hesabında paylaşıb.

Məsələ ilə bağlı 188 saylı məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə məktəbdən kənarda baş verib və lazımı tədbirlər görülüb:

“188 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunublar, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh