Bakıda məktəbdə kütləvi dava: Şagirdlər himn yerinə söyüşə qulaq asdılar - VİDEO

Hadisə 17 Sentyabr 2024 18:18 Oxunub 4400
Bakıda məktəbdə kütləvi dava:  Şagirdlər himn yerinə söyüşə qulaq asdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən - Bilik Günündə bütün məktəblərdə Azərbaycan himni oxunduğu bir vaxtda Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbində şagirdlər müəllimlərlə ərazidə yaşayan sakinlərin davasına tamaşa edib, onların bir-birinə qarşı işlətdikləri nalayiq ifadələri dinləyiblər.

Avtosfer.az-ın məlumatına görə, Sakinlər “Bakupost”a bildiriblər ki, bu biabırçı durum aidiyyəti şəxsləri narahat etmir.

Mövcud vəziyyətlə bağlı hər gün rəsmi müraciətlər edilir, mətbuat yazır, qonşular haray çəkir, ancaq rəsmi qurumlar problemi bir-birinin üstünə atmaqla işlərini bitmiş hesab edirlər. Qonşuların təqdim etdiyi görüntülərdən, eləcə də mediada yayılan materiallardan görünür ki, tərəflər arasında münasibət getdikcə gərginləşir və orada hər an cinayət baş verə bilər.

Məsələnin həlli isə əslində çox sadədir.

Cəmi 60 şagirdi, 20 müəllimi olan Laçın məktəbi qayalıq, təhlükəli bir ərazidə yerləşir. Məktəbin əvvəlki girişi bağlandığından qonşular onlara piyadalar üçün indi istifadə olunan giriş icazəsi verilib. Amma sonradan həmin yolda müəllimlərin avtomobil saxlaması, sıxlığın yaranması sakinlərlə məktəb rəhbərliyi arasında narazılıq yaradıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ araşdırılır, əlavə məlumat veriləcək.

Ətraflı süjetdə:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh