Məktəbin qazanxanasındakı partlayışda xəsarət alan şəxsin SON DURUMU - YENİLƏNİB

Hadisə 1 Oktyabr 2024 13:17 Oxunub 194
Məktəbin qazanxanasındakı partlayışda xəsarət alan şəxsin SON DURUMU - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda orta məktəbdə baş verən yanğın zamanı xəsarət alan şəxs evə buraxılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən açıqlama verilib.

"Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

***

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib.

Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh