Bakıda məktəblini döyən mühafizəçi işdən çıxarıldı - VİDEO - RƏSMİ

Bakı şəhəri 189 nömrəli tam orta məktəbdən şagirdin döyülməsi xəbəri təsdiqlənib.
Məktəbdən bildirilib ki, Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən məlumat veriləcək.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Aidiyyəti üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanlamışıq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".
***
13:26
Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.
Avtosfer.az xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
Baş verən hadisənin görüntülərini təqdim edirik:
(oxu.az)
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










